Bu funksiya telefonunuzun enerjisini gizlicə tükədir
Android smartfonlarda təsadüfi toxunuşlar ekranın tez-tez aktivləşməsinə və batareyanın daha sürətlə tükənməsinə səbəb ola bilər.
Crossmedia.az bu barədə ˝Unian˝a istinadən xəbər verir.
Xüsusilə telefon cibdə və ya çantada olarkən “Tap to Wake” funksiyası ekranı təsadüfən yandıra bilər.
Android Police müəllifi bu funksiyanı söndürdükdən sonra telefonun gün ərzində təxminən 3–5 faiz daha çox enerji saxladığını bildirib. Ekranın gün ərzində dəfələrlə işə düşməsi enerji sərfiyyatını artırmaqla yanaşı, bəzi hallarda fənərin və ya media idarəetmələrinin təsadüfən aktivləşməsinə də səbəb ola bilər.
Funksiyanı söndürmək üçün Android cihazlarında parametrlərə daxil olaraq toxunma, jest və ya oyatma sözləri ilə axtarış etmək kifayətdir. Google Pixel telefonlarında Ekran bölməsində, OnePlus cihazlarında Kilid ekranı menyusunda, Samsung Galaxy modellərində isə jestlər bölməsində bu ayarı deaktiv etmək mümkündür.
23:15 01.09.2026
Oxunuş sayı: 55