ABŞ addım atsa, İran dərhal cavab verəcəyini bildirib
İran Prezidenti Məsud Pezeşkian ABŞ öhdəliklərinə qayıdacağı halda Tehranın da dərhal qarşılıq verəcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian bu açıqlamanı Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində verib. Onun sözlərinə görə, ABŞ-nin öhdəliklərini pozmasına İran mütənasib cavab verib.
İran prezidenti Vaşinqtonun Anlaşma Memorandumunda nəzərdə tutulan öhdəliklərini yenidən yerinə yetirməyə başlaması halında, Tehranın da müvafiq addım atacağını vurğulayıb. Pezeşkian İranın beynəlxalq öhdəliklərə əməl olunması sahəsində parlaq təcrübəyə malik olduğunu və ölkəsinin beynəlxalq hüquq prinsipləri əsasında hərəkət etdiyini deyib.
21:45 01.09.2026
Oxunuş sayı: 52