İran Trampın nüvə iddialarını rədd etdi
İran ABŞ Prezidenti Donald Trampın ölkədə yeni nüvə obyektinin yaradılması ilə bağlı açıqlamalarını təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Kolanq Qaz-La dağında uranın zənginləşdirilməsi ilə bağlı heç bir fəaliyyət aparılmır. Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi də İranın bu mövqeyindən xəbərdardır.
Bəqai brifinqdə Qrossinin açıqlamalarının İranın həmin ərazidə nüvə fəaliyyəti aparmadığına dair iddialarını təsdiqlədiyini deyib.
21:20 01.09.2026
Oxunuş sayı: 44