İran ABŞ-yə sərt şərt qoyub
İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ABŞ öhdəliklərini yerinə yetirməyənədək Hörmüz boğazının açılmayacağını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qalibaf vətəndaşlara video müraciətində tərəflər arasındakı razılaşma qüvvədə olduğu dövrdə dəniz blokadasının aradan qaldırıldığını, Livanda isə çətin şəraitə baxmayaraq davamlı atəşkəsə nail olunduğunu deyib.
Onun sözlərinə görə, İran bu müddətdə 80 milyon bareldən çox neft ixrac edib və əsas malların idxalı sahəsində bir sıra addımlar atıb. Qalibaf Vaşinqtonun razılaşma üzrə öhdəliklərini yerinə yetirməyəcəyi halda, Tehranın ABŞ-ı buna məcbur etmək üçün sərt addımlar atacağını vurğulayıb.
19:51 01.09.2026
Oxunuş sayı: 46