Berlin milyonluq kiberşantaja məruz qalıb
Berlin kiberhücumdan sonra hakerlərin iki milyon avro fidyə tələb etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝DPA˝ agentliyi məlumat yayıb.
Məlumata görə, avqustun 28-dən etibarən oğurlanan məlumatlar darknetdə hərraca çıxarılıb.
Hücumun arxasında yüksək peşəkarlığa malik qrupun dayandığını bildirilir. Sözügedən qrupun son illərdə Şimali və Cənubi Avropa, Almaniya və ABŞ-dəki müxtəlif obyektlərə qarşı kiberhücumlarla əlaqəli olduğu iddia edilir.
19:43 01.09.2026
Oxunuş sayı: 50