Türkiyə ilə Rusiya böyük layihəyə yaxınlaşır
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə qaldığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putinin sözlərinə görə, 2025-ci ildə Türkiyəyə təxminən 7 milyon Rusiya vətəndaşı səfər edib.
Putin “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji blokunun 2026-cı ildə işə salınacağına əminliyini ifadə edib. O, Türkiyəni Rusiya üçün həm xarici siyasət, həm də iqtisadi sahədə imtiyazlı tərəfdaş adlandırıb.
Ərdoğan isə “Akkuyu” AES-in istismara verilməzdən əvvəl son mərhələdə olduğunu söyləyib. Türkiyə lideri Putinə stansiyanı birlikdə istifadəyə verməyi təklif edib və Ankara ilə Moskva arasındakı münasibətlərin indiyədək görünməmiş yüksək səviyyəyə çatdığını qeyd edib.
18:50 01.09.2026
Oxunuş sayı: 50