Pezeşkian və Putin Bişkekdə GÖRÜŞDÜ – mühüm məsələlər müzakirə edildi
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin Bişkekdə görüşüblər.
Crossmedia.az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
Görüşdə İran-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş Yaxın Şərqdə gərginliyin artdığı və İranın ABŞ ilə münasibətlərində yeni proseslərin yaşandığı bir vaxta təsadüf edib. Pezeşkian Bişkekdə İranın diplomatik həllə açıq olduğunu və ABŞ-nin əvvəlki razılaşma üzrə öhdəliklərini yerinə yetirməsi halında Tehranın qarşılıqlı addımlar atmağa hazır olduğunu bildirib.
17:54 01.09.2026
Oxunuş sayı: 47