İranda 16 yaşlı qız başından güllələnərək öldürülüb
İranın Kermanşah əyalətində 16 yaşlı Hana adlı qız başından güllə yarası alaraq həyatını itirib. Hadisə ilə bağlı əsas şübhə qızın atasının üzərinə düşür.
Crossmedia.az xəbər verir ki, “Rokna” bu barədə məlumat yayıb.
Yerli məlumatlara görə, qızın anası hadisədən sonra ərinin yaşadıqları binanı tərk edərək qaçdığını bildirib. Ana qızının otağına daxil olduqda Hananı qan içində tapıb.
Məlumata görə, şübhəli şəxs hələlik saxlanılmayıb və polis tərəfindən axtarılır. Onun bəzi qohumları ilə əlaqə saxlayaraq polisə təslim olmaq niyyətində olduğunu bildirdiyi qeyd olunur.
Qətlin motivi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini və digər təfərrüatları müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.
17:35 01.09.2026
Oxunuş sayı: 45