Kallasdan HÖRMÜZLƏ bağlı SƏRT AÇIQLAMA: Diplomatiya nəticə vermədi
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Hörmüz boğazındakı böhranla bağlı diplomatik səylərin hələlik nəticə vermədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının Audiovizual Xidməti bu barədə məlumat yayıb.
Kallas İrlandiyanın Viklou qraflığında keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi jurnalistlərə açıqlamasında naviqasiya azadlığına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Hörmüz boğazında yaranmış böhranla bağlı diplomatik danışıqlar davam edir, lakin hazırda konkret nəticə əldə olunmayıb.
Kallas bildirib ki, əvvəllər açıq olan marşrutlardan istifadə edən gəmilərdən hər hansı rüsum və ya ödəniş tələb edilməməlidir.
Kritik infrastruktur da gündəmdə
Aİ müdafiə nazirlərinin toplantısında dəniz təhlükəsizliyi çərçivəsində sualtı kritik infrastrukturun qorunması məsələsi də müzakirə olunur. Kallas Aİ ölkələrinin bu sahədə birgə imkanlarını artırmasının vacibliyini qeyd edib.
Toplantının gündəliyində, həmçinin Ukraynaya hava hücumundan müdafiə dəstəyi, kosmosun təhlükəsizlik və müdafiədə rolu, eləcə də Livan silahlı qüvvələrinə dəstək üçün mümkün Avropa missiyası məsələləri yer alıb.
Aİ-nin rəsmi audiovizual xidmətində yayımlanan Kallasın çıxışında Hörmüz boğazında naviqasiya azadlığının qorunmasının əsas prioritetlərdən biri olduğu təsdiqlənib.
16:16 01.09.2026
Oxunuş sayı: 58