Tramp Xark adasının məhv edildiyini göstərən AI videosu paylaşdı
ABŞ Prezidenti Donald Tramp İranın neft ixracatında mühüm rol oynayan Hark adasının bombalandığını göstərən süni intellektlə hazırlanmış video paylaşıb. Reuters-in məlumatına görə, görüntülərin həqiqi hücumu əks etdirdiyinə dair heç bir sübut yoxdur.
Crossmedia.az Tramp videonu özünün Truth Social hesabında yayımlayıb və paylaşımına “Xark adası parça-parça edilir!!!” ifadəsini əlavə edib. O, görüntülərin hansı məqsədlə hazırlandığını və paylaşdığını açıqlamayıb.
Reuters-in araşdırmasına əsasən, paylaşımda yer alan partlayış görüntüləri böyük ehtimalla süni intellekt vasitəsilə yaradılıb. Trampın paylaşımından bir neçə saat sonra Xark adasına yeni hücum edildiyini təsdiqləyən hər hansı məlumat ortaya çıxmayıb. Ağ Ev və ABŞ Müdafiə Nazirliyi də məsələ ilə bağlı Reuters-in sorğusuna dərhal cavab verməyib.
Xark adası İranın əsas neft ixrac mərkəzlərindən biridir. Müharibədən əvvəl İranın neft ixracının təxminən 90 faizi bu ərazidən həyata keçirilirdi. Buna görə adaya real hücum İranın enerji ixracına və iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Bu paylaşım ABŞ və İran arasında iyul ayından sonra ilk dəfə qarşılıqlı hücumların baş verdiyi gərgin dövrə təsadüf edib. ABŞ daha əvvəl İranın Larak adasında raket buraxılış qurğularına zərbələr endirdiyini açıqlamışdı.
11:46 31.08.2026
Oxunuş sayı: 53