ABŞ-nin BƏƏ-dəki bazası PUA hücumuna məruz qalıb
Amerikanın BƏƏ-dəki “Əl-Minhad” bazasının İran ordusuna məxsus PUA-larla hücuma məruz qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Məlumata görə, BƏƏ-də yerləşən “Əl-Minhad” bazasında ABŞ hərbçilərinin və helikopterlərinin olduğu ərazilərə onlarla PUA buraxılıb.
Hücumun ABŞ-nin İranın Larak adasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyi iddia olunur.
Məlumatda hücum nəticəsində ölən və yaralananlarla bağlı hər hansı dəqiq məlumat açıqlanmayıb. Hücumun nəticələri ilə bağlı da əlavə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, son günlər İranla ABŞ arasında qarşıdurma fonunda Yaxın Şərqdə ABŞ hərbi obyektlərinə qarşı PUA və raket hücumları ilə bağlı məlumatlar yayılır. ABŞ Mərkəzi Komandanlığı da regiondakı hərbi logistika mərkəzlərinə qarşı İran hücumlarının təchizat marşrutlarına təsir etdiyini bildirib.
09:22 31.08.2026
Oxunuş sayı: 57