Moskva istiqamətində 5 PUA vurulub
Moskva istiqamətində uçan beş pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bu barədə məlumat yayıb.
Sobyaninin sözlərinə görə, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmətlərin əməkdaşları işləyir.
Mer daha əvvəl bildirib ki, avqustun 22-dən 30-dək Moskva və Moskva vilayətinə doğru 1 455 pilotsuz uçuş aparatı hərəkət edib. Onların böyük hissəsi şəhərə uzaq məsafədə zərərsizləşdirilib, 50 PUA isə Moskva yaxınlığında məhv edilib.
22:43 30.08.2026
Oxunuş sayı: 55