İsraildə iki yeniyetmə İrana casusluqda ittiham olunub
İsraildə 14 və 16 yaşlı iki yeniyetmə İranın xeyrinə casusluq etməkdə ittiham olunub.
Crossmedia.az xəbər verir ki, Jerusalem Post-un məlumatına görə, polis yeniyetmələrin Telegram vasitəsilə İranla əlaqəsi olduğunu iddia edən şəxs tərəfindən cəlb edildiyini bildirib. Onlar iyun ayından etibarən pul qarşılığında müxtəlif tapşırıqları yerinə yetiriblər.
Polisin məlumatına görə, yeniyetmələr qraffiti çəkib, kəşfiyyat məlumatları ötürüb və digər israilliləri də əməkdaşlığa cəlb etməyə çalışıblar. Onlardan biri əlavə tapşırıqlar almaq üçün özünü İsrail Müdafiə Ordusunun hərbçisi kimi təqdim edib.
20:45 30.08.2026
Oxunuş sayı: 51