Maduro həbsxanadan yeni fotolar paylaşıb
Venesuela Prezidenti Nikolas Maduro həbsxanadan yeni fotolarını yayımlayıb. O, paylaşımında ailəsinə, nəvələrinə və tərəfdarlarına müraciət edərək onları sevgiyə, ümidə və sədaqətə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Maduro özünün "Instagram" hesabında paylaşım edib. O, fotoları bütün nəvələrinə, uşaqlara və ailəsini sevən insanlara "kiçik sevgi və ümid hədiyyəsi" kimi göndərdiyini bildirib.
"İstəyirəm biləsiniz ki, biz möhkəm dayanırıq, qəlblərimiz dualar, davamlı səylər, həmrəylik və səmimi dəstək şəklində bizə çatan sevginizlə doludur. Hər sözə, hər jestə, hər xeyir-duaya görə sonsuz təşəkkür edirəm", – deyə Maduro qeyd edib.
Venesuela lideri paylaşımında həyat yoldaşı Siliya ilə birlikdə ailəsinə və tərəfdarlarına müraciət edərək onları sevgi və ümidlə qucaqladıqlarını bildirib. O, Allaha olan inamının sarsılmaz qaldığını vurğulayıb.
Maduro Müqəddəs Kitabdan sitat gətirərək, "Lakin bizi sevənin vasitəsilə bütün bunlarda böyük qələbə qazanırıq" ifadəsini yazıb.
"Biz güclü, sakit və əmin qalacağıq: Allah bizimlədir. Allah hər şeyi yoluna qoyacaq. Venesuela yenidən dirçələcək", – Maduro bildirib.
Paylaşımını "Bərəkətlər" ifadəsi ilə yekunlaşdırıb.
20:08 30.08.2026
Oxunuş sayı: 49