Çexiyada aviaşou zamanı təyyarə qəzaya uğrayıb
Çexiyanın Vşeni aerodromunda keçirilən ultrayüngül aviasiya həvəskarlarının ənənəvi toplantısı zamanı yüngül təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində pilot həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilir ki, birinci nəsil "Alto" tipli yüngül təyyarə havaya qalxdıqdan dərhal sonra sürətini qəfil itirib və yerə çırpılıb.
Qəza nəticəsində pilot hadisə yerində həlak olub.
19:45 30.08.2026
Oxunuş sayı: 60