Alman siyasətçinin ofisində Rusiya ordusu yazısı aşkarlanıb
Almaniyanın ˝Almaniya üçün Alternativ˝ (AfD) partiyasının Saksoniya-Anhalt əyalətində sədr müavini Till Şnayderin ofisində üzərində Rusiya ordusu yazısı olan fincan aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Qəzetin baş redaktoru siyasətçidən kabinetini Rusiya Silahlı Qüvvələrinin simvolları olan suvenir ilə niyə bəzədiyini soruşub. Şnayder isə fincanın ona vaxtilə hədiyyə edildiyini bildirib.
Şnayder AfD-nin Saksoniya-Anhalt üzrə yerli təşkilatında mühüm rol oynayır. Sentyabrın 6-da keçiriləcək əyalət seçkilərində partiyanın qalib gələcəyi təqdirdə onun təhsil naziri vəzifəsinə namizəd göstəriləcəyi gözlənilir.
15:55 30.08.2026
Oxunuş sayı: 51