Rusiya: Asiya-Sakit okean regionu Qərbin yeni qarşıdurma meydanına çevrilir
Qərb və müttəfiqləri Asiya-Sakit okean regionunu “blok siyasəti” üçün növbəti meydan kimi seçiblər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Prezidentinin müşaviri Anton Kobyakova istinadən məlumat yayıb.
Kobyakov bildirib ki, Qərbin bu istiqamətdə genişlənməsinə qarşı qarşıdurma xətti Berinq boğazından Cənub-Şərqi Asiyaya qədər uzanır. Onun sözlərinə görə, Şərq İqtisadi Forumunda yalnız Rusiyanın dost və müttəfiq ölkələrinin deyil, regionun digər aparıcı dövlətlərinin də fəal iştirakı Rusiyaya Asiya-Sakit okean regionunun iqtisadi və logistika infrastrukturuna daha sürətli inteqrasiya olunmağa imkan verir.
12:28 30.08.2026
Oxunuş sayı: 51