Nuhun gəmisi ilə bağlı sensasion iddia: araşdırma başladı
Türkiyədə Ağrı dağı ərazisində aparılan dərinlik skanları zamanı qeyri-adi yeraltı anomaliyalar aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, araşdırma zamanı çoxsaylı boşluqlar, künclü elementlər və hamar səthlərə malik strukturlar qeydə alınıb. Mütəxəssislər onların əfsanəvi Nuh gəmisinin qalıqları ola biləcəyini ehtimal edirlər.
Tədqiqatlar böyük gəmi formasını xatırladan qaya massivində aparılır. Mütəxəssislərin yekun nəticələri yaxın iki ay ərzində açıqlaması gözlənilir. İddiaların Müqəddəs Kitabda Nuhun gəmisinin ölçüləri ilə bağlı təsvirlərlə də əlaqələndirildiyi bildirilir.
01:26 31.08.2026
Oxunuş sayı: 62