Kiyevə hücum nəticəsində yaralananlar olub
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, şənbə axşamı Kiyevə edilən hücum nəticəsində azı 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Obolon rayonunda 12 mərtəbəli yaşayış binasının bir neçə mərtəbəsində yanğın baş verib. Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə dəyib.
Qoloseyev rayonunda isə inzibati bina və qeyri-yaşayış obyekti yanıb.
10:44 30.08.2026
Oxunuş sayı: 58