5 iranlı haker axtarılır: ABŞ 10 milyon dollar vəd edir
ABŞ Dövlət Departamenti İranda fəaliyyət göstərən hakerlərlə bağlı məlumat verən şəxslər üçün 10 milyon dollara qədər mükafat təyin edib.
Crossmedia.az xəbər verir ki, “Ədalət üçün Mükafat” proqramı çərçivəsində beş iranlı hakerin şəxsiyyətinin müəyyənləşdirilməsinə və yerinin aşkarlanmasına kömək edəcək məlumatlara görə mükafat veriləcək.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, İranda fəaliyyət göstərən Mabna İnstitutu ilə əlaqəli 17 İran vətəndaşına qarşı yeni ittihamlar irəli sürülüb. Onların ABŞ və digər ölkələrdəki universitetlərə, şirkətlərə və dövlət qurumlarına qarşı uzunmüddətli kiberəməliyyatlarda iştirak etdiyi bildirilir.
Axtarışda olan şəxslərin Behzad Mesri, Müctəba Golkuyi, Arman Kohzadian, Keyvan Fəyyaz və Saber Şahbazi olduğu açıqlanıb.
Məlumata görə, hakerlər dünya üzrə 100 mindən çox universitet professorunun hesabını hədəfə alıblar. Onların ABŞ-dakı 144 universitetdə və digər ölkələrdəki 178 universitetdə təxminən 8 min professorun elektron poçt hesabını sındırdığı bildirilir.
10:37 30.08.2026
Oxunuş sayı: 58