Muğladan Antalyaya sıçrayan yanğın nəzarətə alındı
Muğlanın Seydikemer rayonunda meşəlik olmayan ərazidə başlayan və Antalyanın Kaş rayonuna sıçrayan yanğın böyük ölçüdə nəzarət altına alınıb.
Crossmedia.az xəbər verir ki, Orman Genel Müdürlüğünün məlumatına görə, yanğınsöndürən ekipajların havadan və qurudan intensiv müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı böyük ölçüdə alınıb.
Hazırda ərazidə yanğının tamamilə nəzarət altına alınması üçün işlər davam etdirilir. Ekipajlar mümkün alovlanma ocaqlarına qarşı mübarizəni davam etdirirlər
10:18 30.08.2026
Oxunuş sayı: 49