İran Xameneinin ölümü ilə bağlı məhkəmə prosesinə başlayır
Tehran prokuroru Əli Salehi İranın mərhum ali rəhbəri Əli Xameneinin və onun ailəsinin dörd üzvünün ölümü ilə bağlı cinayət işi üzrə ittiham aktının məhkəməyə göndərildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Sisteminin “Mizan Online” nəşri yayıb.
Məlumata görə, Xameneinin ölümü ilə nəticələnən hücum zamanı onun ailəsinin dörd üzvü də həlak olub. Onların arasında qızı Buşra Xamenei, 14 aylıq nəvəsi Zəhra Məhəmmədi Qolpayeqani, Buşranın həyat yoldaşı Mesbah əl-Hoda Baqerikəni və Zəhra Həddad Adelin olduğu bildirilir.
Əli Xameneinin 2026-cı il fevralın 28-də İrana endirilən ABŞ-İsrail zərbələri zamanı öldüyü barədə məlumatlar sonradan İran dövlət mediası tərəfindən də təsdiqlənib.
20:13 29.08.2026
Oxunuş sayı: 58