Putin: Rusiya çox maraqlı ölkədir
Rusiya Prezidenti Vladimir Putin müəllim və tələbələrlə görüşdə ölkənin tarixi və təbii sərvətlərindən danışaraq Rusiyanı “çox maraqlı ölkə” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin rəsmi saytı – “Kremlin.ru” bu barədə məlumat yayıb.
Putin Bilik Günü ərəfəsində keçirilən görüşdə Rusiyanın qəhrəmanlıq tarixini xüsusi qeyd edib.
O bildirib ki, ölkənin təbii sərvətləri, tarixi və özünəməxsus xüsusiyyətlərinin vəhdəti pedaqoji ali məktəblərdə təhsil alan tələbələrin gələcək fəaliyyətinin mövzularından biri olacaq.
Rusiya liderinin sözlərinə görə, ölkənin bu xüsusiyyətlərini öyrənmək və gələcək nəsillərə çatdırmaq pedaqoji təhsilin mühüm istiqamətlərindən biridir.
16:56 29.08.2026
Oxunuş sayı: 61