Londonda “Uembli” yaxınlığında tullantı emalı zavodunda yanğın olub
Londonda “Uembli” stadionunun yaxınlığında yerləşən tullantıların emalı zavodunda yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, London Yanğınsöndürmə Briqadası bu barədə məlumat yayıb.
Yanğın Nisden ərazisində, Hanna-Klouzda qeydə alınıb. Hadisə yerinə 20 yanğınsöndürən maşını və təxminən 125 yanğınsöndürən cəlb olunub.
Yanğının səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə əlavə məlumat verilməyib.
15:46 29.08.2026
Oxunuş sayı: 57