Putin Paşinyanla görüşəcək
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uşakovun sözlərinə görə, görüşdə Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü məsələsi də müzakirə olunacaq. Rusiya tərəfi Ermənistanın Aİ-yə üzv ola bilməyəcəyinə dair mövqeyini qoruyur. Həmçinin Paşinyanla Ermənistan müxalifətinin bəzi liderlərinin həbsi məsələsinin müzakirə ediləcəyi bildirilib.
ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk və prezidentin köməkçisi Maksim Oreşkin daxil olacaq.
Uşakov həmçinin bildirib ki, Putin avqustun 29-da Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Avqustun 31-də Çin Prezidenti Si Cinpinlə görüşəcək. Sentyabrın 1-də isə Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistanın Baş naziri Narendra Modi və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşlər keçirəcək.
21:33 28.08.2026
Oxunuş sayı: 47