Qruşko: Kiyevin hücumları dayandırmaq təklifindən xəbərim yoxdur
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ukrayna Prezidenti Volodimir Zelenskinin Qara dənizdə mülki gəmilərə hücumların dayandırılması ilə bağlı təklifindən xəbərdar olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Aleksandr Qruşko bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, Moskvanın Kiyevin belə bir təşəbbüsünü rədd etməsi ilə bağlı mediada yayılan məlumatlardan xəbərsizdir.
“Mən Zelenskinin hər hansı təklifindən xəbərdar deyiləm”, – Rusiya rəsmisi deyib.
Qruşkonun sözlərinə görə, mediada və sosial şəbəkələrdə müxtəlif təklif və ideyalar mütəmadi olaraq yayılır, lakin bunlar Rusiyanın yanaşmasına uyğun gəlmir.
O əlavə edib ki, Moskvanın mövqeyi dəyişməyib və Rusiya tərəfinin ifadəsinə görə, məqsəd münaqişənin “ilkin səbəblərinin aradan qaldırılması” ilə Ukraynada “davamlı sülhə” nail olmaqdır.
16:49 26.08.2026
Oxunuş sayı: 49