Qəribabadi: ABŞ minaaxtaranları bölgəyə girsələr, “əla hədəfə” çevriləcəklər
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ minaaxtaranlarının bölgəyə göndərilməsi ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Qəribabadi bu barədə danışarkən ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında minaların təmizlənməsi ilə bağlı açıqlamalarını da şərh edib.
Qəribabadinin sözlərinə görə, ABŞ minaaxtaranları bölgəyə daxil olarsa, İran üçün “əla hədəfə” çevriləcəklər.
İran rəsmisi Trampın mina təmizləmə ilə bağlı açıqlamalarını isə təbliğat xarakterli adlandırıb və onların əsas məqsədinin bazarları sakitləşdirmək olduğunu bildirib.
Qeyd edək ki, Tramp avqustun 25-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının beynəlxalq sularındakı bütün minaları təmizlədiyini və ya zərərsizləşdirdiyini açıqlayıb.
16:16 26.08.2026
Oxunuş sayı: 45