Netanyahu: İranla razılaşmaq mümkün deyil
İsrailin Baş naziri Benyamin Netanyahu İranla danışıqlar yolu ilə razılaşma əldə olunmasının mümkünlüyünə şübhə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Benyamin Netanyahu bu barədə ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı danışdığını açıqlayıb. Netanyahunun sözlərinə görə, o, Trampa İranla “yaxşı razılaşma” əldə edilməsinin mümkün variantlardan biri olduğunu deyib və İsrailin buna etiraz etmədiyini bildirib. Lakin İsrailin baş naziri İran rəhbərliyi ilə hər hansı razılaşmanın əldə olunacağına inanmadığını vurğulayıb.
Netanyahu Trampa qarşısında digər variantın İrana qarşı mühasirənin sərtləşdirilməsi olduğunu da söylədiyini qeyd edib. Onun sözlərinə görə, Tramp dünən bu qərarı “çox, çox, çox qətiyyətli formada” təsdiqləyib. Netanyahu bildirib ki, ABŞ Prezidenti İrana birbaşa təzyiqi artırmaq əvəzinə, İran hakimiyyətinə yardım edən qüvvələrin ətrafındakı halqanı daraldıb. İsrailin baş naziri qarşıda hələ ciddi çağırışların olduğunu deyib və İran təhlükəsinin tam aradan qalxmadığını vurğulayıb. Netanyahu əlavə edib ki, İsrail Qəzza, Livan və digər istiqamətlərdəki problemlərlə də mübarizə aparmaq niyyətindədir.
15:44 26.08.2026
Oxunuş sayı: 45