Norveçdə olduqca nadir ağ şimal işıqları müşahidə edilib
Norveçdə nadir təbiət hadisəsi baş verib və şimal işıqları qeyri-adi ağ rəngdə müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Adətən şimal işıqları yaşıl, qırmızı və ya mavi rənglərdə görünür. Lakin NASA-nın məlumatına görə, atmosferdə müxtəlif qazların yaydığı işıq bir-biri ilə qarışa bilər.
Müxtəlif rəng çalarlarının üst-üstə düşməsi nəticəsində şimal işıqları bəzi hallarda insan gözünə demək olar ki, ağ rəngdə görünə bilər.
11:14 25.08.2026
Oxunuş sayı: 49