Niderland Eurovisionu boykot etdi
Niderlandın ictimai yayımçısı AVROTROS 2027-ci ildə keçiriləcək Eurovision mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qərarın əsas səbəbi müsabiqənin Qəzza müharibəsi və İsrailin iştirakı ətrafındakı fikir ayrılıqları fonunda artıq neytral hesab edilməməsidir.
Yayımçı bildirib ki, müsabiqə qaydalarında edilən son dəyişikliklər silahlı münaqişədə iştirak edən ölkələrin müsabiqəyə ev sahibliyi etməsinə qadağa qoysa da, yarışın müstəqil və neytral xarakterinin bərpa olunduğuna dair kifayət qədər əminlik yaratmayıb.
Niderland Eurovisionda ilk müsabiqədən — 1956-cı ildən iştirak edir. Ölkə bu müddət ərzində beş dəfə qalib olub.
Bu, Niderlandın müsabiqəni ardıcıl ikinci il boykot etməsi olacaq. 2026-cı ildə də ölkə İsrailin iştirakına etiraz olaraq yarışdan kənarda qalmışdı.
22:44 24.08.2026
Oxunuş sayı: 52