Rusiyada 42 PUA vurulub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində ölkənin müxtəlif regionları üzərində hava hücumundan müdafiə sistemləri 42 Ukrayna tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, PUA-lar 24 avqust 2026-cı il saat 08:00-dan 20:00-dək zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi eyni günün gecə saatlarında da ölkənin müxtəlif regionları üzərində 351 PUA-nın vurulduğunu açıqlamışdı.
21:25 24.08.2026
Oxunuş sayı: 52