Qalibaf Trampın İranla bağlı paylaşımına cavab verdi
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İranda insanların aclıq çəkdiyi barədə paylaşımını yenidən yayımlamasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Məhəmməd Baqir Qalibaf buna cavab olaraq ABŞ-də ərzaq çatışmazlığı ilə bağlı rəqəmlərin yer aldığı infoqrafika yayımlayıb.
Qalibafın paylaşdığı məlumatda 47 milyon amerikalının hər gün aclıqla üzləşdiyi, hər səkkiz amerikalıdan birinin aclıqla mübarizə apardığı iddia olunur.
İran parlamentinin spikeri həmçinin ABŞ-də 16 milyon uşağın hər gün aclıq çəkdiyini və ərzaq təhlükəsizliyi probleminin ölkənin bütün dairələrində mövcud olduğunu bildirib.
“Rəqəmlər sizin sözlərinizdən fərqli olaraq FAKE deyil”, – deyə Qalibaf qeyd edib.
O əlavə edib: “Məğlubiyyətləri yalan bəyanatlarla gizlətmək olmaz”.
17:46 24.08.2026
Oxunuş sayı: 44