Starbucks sevənlərə pis xəbər: qəhvə qıtlığı gözlənilir
Braziliyada yağan güclü yağışlar qəhvə yığımını gecikdirib və əsas istehsal bölgələrində arabikanın keyfiyyətini aşağı salıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bu vəziyyət premium qəhvə üçün istifadə olunan yüksək keyfiyyətli dənələrin tədarükünü məhdudlaşdıra bilər.
Məlumata görə, bu, Starbucks, Lavazza və Illy kimi markaların premium qarışıqları üçün uyğun qəhvə dənələrinin azalmasına səbəb ola bilər. Braziliyada bəzi bölgələrdə yağıntıların normadan bir neçə dəfə çox olması məhsulun bir hissəsinin ağaclardan tökülməsinə və keyfiyyətinin pisləşməsinə gətirib çıxarıb.
04:45 24.08.2026
Oxunuş sayı: 71