Dənizlərdə üstünlük qurmaq bir dövlətin özünü müdafiə bacarığını artırdığı kimi hava üstünlüyüdə çox vacibdir. Bu iki funksiyanı özündə birləşdirən uçuş göyərtəsinə malik gəmilər isə günümüzdə yalnız 10 ölkənin limanlarında mövcuddur. Bu yolda 11-ci olmağı hədəfləyən qardaş ölkə Türkiyə isə öz müdafiə sənayesinin bir layihəsi olan "MUGEM" ilə qarşımıza çıxır.
Türkiyə Milli Müdafiə Sənayesinə bağlı Donanma Komandanlığının tərkibində yer alan Dizayn Proyekt Ofisi tərəfindən aparılan layihə sürətlə irəliləyir. Layihə rəhbəri Dizayn Proyekt Ofisi müdiri Hakan Uçar "Gəmi dizaynında önəmli ünsür olan uçuş göyərtəsi tamamlandı" ifadəsinə yer verib.
Layihə üzrə Türkiyə Müdafiə Sənayesinin nəhənglərindən olan BAYKAR və TUSAŞ da əməkdaşlıq etməkdədir.
Qardaş ölkənin öz sənayə məhsulu olacaq gəmidə diqqət çəkən məqamlardan biri də gəminin 10.000 dəniz mili məsafəni yenidən yanacaq doldurmağa ehtiyac qalmadan qət edə bilməsidir. Bu təxminən İstanbul ilə Nyu-York arasındakı məsafəni gedib gəlmək üçün kifayətdir.
Gəminin texniki xüsusiyyətləri haqqında verilən məlumatlara əsasən 285 metr uzunluğa, 72 metrlik genişliyə və 60 min ton kütləyə sahip olacaq. Üzərində 50 insanlı və insansız hava aparatı daşıya biləcək gəmidə yenə türkiyə istehsalı olan Kızılelma, TB-3, Hürjet, ANKA-3 kimi hava aparatlarıda eniş-qalxış edə biləcək. Həmçinin gəmi iki qalxış və bir eniş zolağına sahip olacaq.
Texniki xüsusiyyətlər:
Hava aparatları: Kızılelma, TB-3, Hürjet, ANKA-3
İnsanlı, insansız hava aparatı tutumu: 50
Uzunluq: 285m
Genişlik: 72m
Su çəkimi(draft): 10,1m
Kütlə: 60.000t
Maksimum sürrət: 25kts
Mənzil: 10.000 dəniz mili
Silah aparatları: MIDLAS, GÖKDENİZ YHSS
Əsas sürücü sistemi: COGAG (4 ədəd LM 2500 G/T)
Pərvanə: CPP (2 ədəd)
Qalxış/eniş sistemi: STOBAR
Uçuş-enmə zolağı: 3 ədəd (2 ədəd qalxış, 1 ədəd eniş)
Heyət sayı: 400-500
Emil Nağızadə