CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: qlobal poçt sektoru

11:19 09.10.2026

Qlobal poçt sistemi həyəcan təbili çalır: beynəlxalq göndərişlər kəskin azalıb

165

Ümumdünya Poçt İttifaqı (UPU) qlobal poçt sektorunda təcili struktur dəyişikliklərinin aparılmasına çağırıb. Crossmedia.az xəbər verir ki, BMT-nin ixtisaslaşmış qurumu “Poçt sektorunun vəziyyəti 2026” hesabatında iqtisadi şoklar, ticarət məhdudiyyətləri və geosiyasi münaqişələrin beynəlxalq poçt daşımalarına getdikcə daha ciddi təsir göstərdiyini bildirib. Hesabata görə, poçt sektorunun qarşılaşdığı problemlər müvəqqəti deyil, struktur xarakterlidir və “təcili, köklü transformasiya” tələb edir. Qeyd olunub ki, qlobal poçt gəlirləri 2024-cü ildə real ifadədə ardıcıl üçüncü il azalıb. 2021-ci ildəki pik göstərici ilə müqayisədə gəlirlər 7 faiz azalaraq 563,4 milyard dollar təşkil edib. Beynəlxalq məktub göndərişlərinin həcmi də kəskin azalıb. 2024-cü ildə bu göstərici 2015-ci il səviyyəsinin cəmi 37 faizinə düşüb. Ən böyük azalmalar Afrika, eləcə də Latın Amerikası və Karib hövzəsində qeydə alınıb. Eyni zamanda, ənənəvi poçt operatorlarının daxili bağlama bazarındakı median payının cəmi 27 faiz olduğu bildirilib. UPU gömrük qaydalarındakı dəyişikliklərin beynəlxalq poçt daşımalarına təzyiqi artırdığını vurğulayıb. ABŞ-ın 2025-ci ilin avqustunda aşağı dəyərli idxala güzəştli gömrük rejimini dayandırmasından sonra ölkəyə daxil olan poçt daşımalarının tonnajı sentyabrda illik müqayisədə 70,3 faiz azalıb. Avqustda isə azalma 8,9 faiz təşkil edib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR