14:43 16.10.2026
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
40
Mingəçevir Dövlət Universiteti beynəlxalq ali təhsil məkanında növbəti mühüm uğura imza atıb. Universitet dünyanın nüfuzlu ali təhsil analitika şirkətlərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən ali təhsil müəssisələrinin tədris keyfiyyətini, beynəlxalq fəaliyyətini, işəgötürənlər arasında nüfuzunu, idarəetmə sistemini, infrastrukturunu və dayanıqlı inkişaf göstəricilərini müxtəlif meyarlar əsasında dəyərləndirən QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd əsas istiqamət üzrə ən yüksək nəticəyə — 5 ulduza layiq görülüb.