İnsan itkisinə, genişmiqyaslı dağıntılara, ətraf mühit və ekologiyaya uzunmüddətli mənfi təsirləri ilə xarakterizə olunan müharibələr, həm də ciddi iqtisadi təsirləri ilə səciyyələnir. Bütün müharibələrə xas olan sadalanan xüsusiyyətlər, ayrı-ayrı mühari-bərdə yalnız zərərlərin, itkilərin sayı, həcmi ilə fərqlənir. Heç bir halda, müharibələr arzu edilən olmasa da, onun yaratdığı çeşidli iqtisadi təsirlərdən udan və uduzan tərəflərin də olması labüddür. O cümlədən, regionda İran-İsrail arasında yaranmış gərginlik uzun sürərsə, bır sıra iqtisadi təsirlər ehtimal ediləndir.
İlk növbədə, onu qeyd edək ki, İran-İsrail müharibəsi şiddətlənərsə və davam edərsə, bu, ilkin olaraq neft qiymətlərinə təsir edə bilər. Hansı ki, neft istehsal edən ölkələrin müharibəyə qoşulması neft bazarında daha ciddi fəsadlara, qiymət artımlarına gətirib çıxara bilər.
Ekspertlərin bir qismi İranın zərbəsini İsrailin aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunu dağıdan və İran hərbi rəhbərləri də daxil olmaqla 16 nəfərin ölümünə səbəb olan hücumuna cavab zərbəsi kimi qeyd etsə də, münaqişənin uzanacağı və digər dövlətlərin də qatılacağını proqnozlaşdıranlar da var.
İsrail əhəmiyyətli neft istehsalçısı olmasa da, münaqişənin potensial gərginləşməsi və İran kimi böyük neft hasil edən ölkələrin iştirakı qlobal neft bazarına təsir göstərə bilər. İran və İsrail arasında münaqişənin potensial gərginləşməsi qlobal neft qiymətlərinə əhəmiyyətli təsir göstərməklə yüksək inflyasiya kimi daha uzunmüddətli və genişmiqyaslı iqtisadi təsirlərə səbəb ola bilər. Görünən odur ki, regionda müşahidə edilən geosiyasi gərginliklər, neft hasil edən regionlarda tədarükün kəsilməsi və ya azalması səbəbindən qiymətlər artarsa, bu, inflyasiya təzyiqlərini gücləndirə bilər. Yaxın Şərqdə potensial olaraq alovlanan yeni müharibə ilə neft qiymətlərinin sıçrayışı səbəbindən inflyasiyanın yüksək səviyyədə qalması ehtimalı şoxdur.
Aydındır ki, inflyasiya yüksək olduqda, mərkəzi banklar inflyasiyanı cilovlamaq, ona nəzarət etmək məqsədilə daha yuxarı faiz dərəcələri tətbiq edə bilərlər. Nəticədə isə bütün bunlar uzunmüddətli və müxtəlif istiqamətləri əhatə edən təsirlərə səbəb olur: iqtisadi fəallıq yavaşıyır, istehlak xərcləri artır və strukturu dəyişir, investisiya qoyuluşları azalır. Ümumilikdə, İran-İsrail münasibətlərində müşahidə edilən gərginliyin, İran-İsrail müharibəsinin ehtimal olunan iqtisadi təsirlərini aşağıdakı kimi təsnifləşdirə bilərik:
Neft qiymətlərinə təsir, neftin qiymətinin artması və bu səbəbdən inflyasiya baş verməsi;
Tədarük zəncirinin pozulması, marşrutlarda məcburi dəyişikliklərin yaratdığı yeni-liklər, ləngimələr, qiymət artımları;
Ticarət və investisiya qoyuluşlarında qeyri-sabitlik;
Müharibənin yarada biləcəyi qaçqın axını və bunun xidmət sahələrinə təsirləri;
Hərbi xərclərin artması və vəsaitlərin mülki iqtisadiyyatdan hərbiyə doğru hərəkəti;
İran iqtisadiyyatına daha güclü təsir edəcək sanksiyaların qəbulu;
Birbaşa investisiyaların azalması və uzunmüddətli bərpa xərcləri;
Kibermüdafiəyə uzunmüddətli və irihəcmli sərmayə qoyuluşları və s.
Beləliklə, qısa təhlildən də göründüyü kimi, İran-İsrail müharibəsinin iqtisadi təsirləri qlobal və regional iqtisadiyyatların bir çox istiqamətlərində özünü büruzə verə bilər. Təsirin dərəcəsi isə münaqişənin müddətindən, intensivliyindən və beynəlxalq reaksiya-lardan asılı olaraq arta və ya azala bilər. Bütün hallarda isə, qlobal bazarlar ciddi təla-tümlərlə üzləşə, yerli iqtisadiyyatlar isə uzunmüddətli təsirlərə məruz qala bilər. Mühari-bənin cəmiyyətə, ayrı-ayrı insanlara psixoloji təsirləri, tibbi xərclərin artımı, ətraf mühitin bərpası və s. kimi törətdiyi ağır fəsadları da nəzərə alsaq, bu təsirlərin illərlə davam etdiyini, hətta növbəti nəsillərə də öz mənfi təsirini göstərdiyini görərik.
Cross Media Analitik Qrupu