İqtisadiyyat

Qarabağda “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri müasir texnologiyalarla gələcəyin cəmiyyətini formalaşdırmağı hədəfləyən genişmiqyaslı təşəbbüslərdən biridir. Bu layihələr, Azərbaycanın tarixi və mədəniyyət beşiyi olan Qarabağın yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardır. Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, layihə müxtəlif istiqamətləri əhatə edir:

“Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri bütöv Qarabağın və Şərqi Zəngəzurun bərpasında sıfırdan tətbiq olunmalıdır. Ümumiyyətlə şəhər və qəsəbələr salınanda "Ağıllı kənd" və "Ağıllı şəhər" amillərindən istifadə olunur. Bəs, “Ağıllı şəhər" və "ağıllı kənd" nə deməkdir?

İlk növbədə burada ekoloji yönümlülük ön plandadır. İkinci növbədə yüksək texnologiya, internetin təminatı kimi məsələlər aiddir. Üçüncü növbədə isə nəqliyyatın ağıllı planlaşdırılması, səmərəli, tez çatmaq üçün nəqliyyatın əlçatanlığı aiddir.

Bu layihədə sırf "ağıllı ev” - dən söhbət getmir. "Ağıllı ev" çox bahalı prosesdir və vətəndaşın özü bunu müəyyənləşdirə bilər. Amma hökumət çalışır ki, yenidən qurulan evlər həm müasir standartlara cavab versin, həm də bu evlərin təchizatında bərpa olunan enerjidən istifadə olunsun və yüksək texnologiyaya əlçatanlılıq olsun”.

Saida Ramazanovi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il