UEFA-nın himayəsi altında keçiriləcək qarşıdakı oyunlar İspaniyada daşqın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” klubu da bu həftə avrokubok qarşılaşmasına çıxacaq. Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə “Budyo Qlimt”lə (Norveç) qarşılaşacaq. Noyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.