"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Yevangelist Kilsəsinin üzvü Coel Tennini Ermənistan üzrə xüsusi təmsilçi təyin edəcək.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Tenni isə özünün "X" hesabında bu barədə məlumat paylaşıb:
"Mən rəsmi olaraq ABŞ və Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına həsr olunmuş rolu öz üzərimə götürəcəm. İnauqurasiyadan sonra əlavə məlumatlar verəcəm, yeni prezident Ermənistanla münasibətlərə xüsusi əhəmiyyət verəcək",- deyə o, qeyd edib.