ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də baş tutacaq inauqurasiya mərasiminin təşkili üçün komitə yaradıb.
Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, Tramp bildirib ki, inauqurasiya “onun administrasiyasının başlanğıcı” olacaq. Florida ştatından olan investor Stiven Uitkoff və Corciyadan keçmiş senator Kelli Loefler komitənin həmsədrləri təyin ediliblər.
Tramp hələlik indiki prezident Co Baydenin administrasiyası ilə keçid dövrü ilə bağlı lazımi sənədləri imzalamayıb. Xüsusilə, ofis sahəsinə və avadanlıqlara giriş haqqında memorandumlar, o cümlədən qanunvericiliklə tələb olunan etik müqavilənin təfərrüatları imzalanmayıb.
Eyni zamanda, Trampın məsləhətçisinin sözlərinə görə, keçid komandasının əsas prioriteti yeni administrasiyada əsas vəzifələrə namizədlərin seçilməsi və yoxlanılmasıdır.
Qeyd edək ki, Tramp və Bayden keçid prosesini müzakirə etmək üçün noyabrın 13-də Oval Ofisdə görüşəcəklər.
Gültac Mehdizadə