Dünya xəbərləri

Moskva-Kiyev xəttində münaqişələr 991 gündür davam edərkən, ABŞ-nin yeni Tramp administrasiyasının müharibəyə necə təsir edəcəyi maraq doğurur. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk bölgəsində cəbhəyə göndərilməsi ilə güc balansının dəyişməsi ehtimalı ən kritik məqamlardandır. Avropa İttifaqı xarici siyasət rəhbəri Cozep Borrel Trampın Ukrayna ilə bağlı planlarının “açıq olmadığını” deyir. Avropa İttifaqı ilin sonuna qədər Ukraynaya 1 milyondan çox mərmi çatdıracaq. Ukrayna Prezidenti Volodimir Zelenski isə qüvvələrinin Kurskda təxminən 50 min rus əsgəri ilə üz-üzə olduğunu bildirib.

Müharibənin üçüncü ilində hücumlar davam edir. Rusiya son bombardmanında Ukraynanın Dnipro bölgəsindəki Nikopol şəhərini hədəf alıb. 

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il