BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az UNFCCC-ə istinadla xəbər verir ki, o, bu prosesin dünyadakı bütün xalqların maraqlarına xidmət etdiyini qeyd edərək, iqlim dəyişikliyi ilə mübarizədə ciddi irəliləyişlərin əldə edilməsinin lazım olduğunu bildirib.
Stil qlobal maliyyə hədəflərinin yenidən müəyyən edilməsinin vacibliyini vurğulayıb:
"İqlim maliyyəsi artıq bir xeyriyyə işi deyil, hər bir ölkənin öz maraqlarını qorumaq üçün vacib bir məsələdir".
Həmçinin, o, COP29-da irəliləyiş əldə etmək üçün bütün ölkələri birgə fəaliyyətə səsləyib.
Nəzrin Salmanova