Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 9 noyabr 2024-cü ildə bildirib ki, Rusiya ABŞ-da prezident seçkilərini qazanan Donald Trampın Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflərini dinləməyə hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, nəticə ilə bağlı heç bir şübhə yoxdur.
Diplomat Rusiya tərəfindən müxtəlif ölkələrin təkliflərinə, o cümlədən ABŞ-ın təkliflərinə son dərəcə diqqətlə və məsuliyyətlə yanaşıldığını vurğulayıb.