Terror təhdidini məhv etmək strategiyamız sayəsində bu sahədə çox mühüm nailiyyətlər əldə etdik. Bu mübarizə eyni əzmlə və qətiyyətlə davam edəcək.
Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. O həmçinin bildirib ki, Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır və bu mübarizədə minlərlə şəhid verib. Ərdoğan Türkiyənin gələcəyində həm terrora, həm də terroru dəstəkləyənlərə yer olmadığını da bildirib.
Qeyd edək ki, TUSAŞ-a edilən terror hücumu nəticəsində 5 nəfər şəhid olmuşdu.
Nəzrin Salmanova