Dünya xəbərləri

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, müharibənin başlamasından bəri Səudiyyə rəsmisi tərəfindən ölkəni ən sərt şəkildə tənqid edərək, İsrailin Qəzzadakı hərəkətlərini “soyqırım” kimi pisləyib. Müsəlman və ərəb liderlərinin sammitində çıxış edən şahzadə İsrailin Livan və İrana hücumlarını da tənqid edib.
Ər-Riyad və Tehran arasında əlaqələrin düzəldiyini bildirən  şahzadə Məhəmməd, İsrailə İran torpaqlarına hücum etməməsi barəsində xəbərdarlıq edib.
Səudiyyənin faktiki lideri, görüşdə iştirak edən digər liderlərlə  birlikdə İsrailin Qərb Sahilindən və Qəzzadan tamamilə çıxarılmasını tələb edib.
Bu arada Səudiyyə Ərəbistanının xarici işlər naziri Qəzzada müharibənin dayandırılmamasının “beynəlxalq ictimaiyyətin uğursuzluğu” olduğunu deyib və İsraili bu ərazidə aclığa səbəb olmaqda ittiham edib.

Qeyd edək ki, Qəzzada müharibə HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumu ilə başladı; hücum zamanı yüzlərlə silahlının İsrailin cənubuna daxil oldu. Təxminən 1200 nəfər öldürüldü, 251 nəfər isə girov götürüldü. İsrail, HƏMAS-ı yox etmək üçün hərbi hərəkat başladaraq qarşılıq verdi. HƏMAS-a bağlı səhiyyə nazirliyinin verdiyi məlumata görə, hərəkat zamanı Qəzzada 43,400-dən çox adam öldürülüb. BMT-nin İnsan Haqqları Ofisinin hazırladığı hesabata görə Qəzzada altı ay ərzində təsdiqlənmiş qurbanların təxminən 70%-nin qadın və uşaqlar olduğu müəyyən edilib.
Keçən ay Knesset BMT-nin Fələstin Qaçqınlar Agentliyi olan "UNRWA"-nı HƏMAS-la işbirliyi etməkdə günahlandırdı və İsrail və işğal altındakı Şərqi Qüdsdə fəaliyyətini qadağan edən qanun layihəsini qəbul etdi. ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr bu addımın qurumun Qəzzaya kömək çatdırma fəaliyyətini məhdudlaşdıracağı barəsində olan narahatlıqlarını dilə gətirdilər. 
Körfəz liderləri onun İsrailə yaxınlığından xəbərdardırlar, lakin onunla da yaxşı münasibətlərə malikdirlər və onun nüfuzunu və anlaşma yaratma həvəsini bölgədəki münaqişələrin bitməsi yolunda istifadə etməsini istəyirlər. 

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il