16 hissədən ibarət olan "Günəşə doğru" adlı animasiya seriyası, orijinal personajlar, musiqi və ssenari ilə hazırlanan filmlər yalnız televiziya ilə deyil, həm də yerli təhsil idarəsinin dəstəyi ilə Qaqauziyanın uşaq bağçalarında göstərilir.
Crossmedia.az xəbər verir ki, layihə "Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin" (TİKA) dəstəyi ilə həyata keçirilib.
İndiyədək regionda yalnız digər ölkələrdən gətirilən dublajlı filmlər nümayiş etdirilirdi.
Layihənin özəlliyi iki dilli icrasıdır: gagauz dilindəki səsləndirmə, Moldova dilindəki altyazılarla müşayiət olunur.
Qaqauz ənənə və adətləri haqqında uşaqlara məlumat verən bu animasiya filmləri, onların öz mədəniyyətlərini daha yaxşı tanımalarına kömək edir.
Qeyd edək ki, "TİKA" 1994-cü ildən bəri gagauz dilinin qorunmasına dəstək layihələrini davam etdirir, çünki "UNESCO" bu dili yox olmaq üzrə olan dillər siyahısına daxil edib. Qaqauz dili, Türk dilləri qrupunun Oğuz bölməsinə aid olub və türk dilinə yaxın hesab edilir.