İrana “maksimum təzyiq”in tətbiqi yenidən gündəmdədir və Donald Trampın müttəfiqləri bu siyasətin indiki şəraitdə Yaxın Şərqin tamamilə fərqli geosiyasi mənzərəsi ilə uyğunlaşacağını bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, adının açıqlanmasını istəməyən ABŞ hökumət rəsmisi nəşrə bildirib ki, “İrana iqtisadi təzyiqləri gücləndirmək Baydenin Yaxın Şərqdəki səhvlərini düzəltmək üçün xarici siyasət prioritetlərindən biri olacaq”. Onun sözlərinə görə, Trampın yeni komandası İrana qarşı yeni sərt iqtisadi sanksiyaların tətbiqi və onun neft ixracını dayandırmağa çalışmaq planlarını nəzərdən keçirir.