Dünya xəbərləri

İran prezidenti Məsud Pezeşkian Donald Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsindən bir həftə sonra bildirib ki, İran ABŞ-la qarşıdurmanı və münasibətləri müstəqil şəkildə idarə etməlidir.

Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat yayıb.

Pezeşkian bu gün ölkənin keçmiş xarici işlər nazirləri ilə görüşündə bu haqda deyib: “Amerikaya gəlincə, istəsək də, istəməsək də, sonda regional və beynəlxalq arenada bu ölkə ilə qarşılaşacağıq və yaxşı olar ki, bu əlaqələri özümüz idarə edək".

“Dostlara sadiqlik və düşmənlərə qarşı dözümlülük” siyasətinin davam etdirilməsinin zəruriliyinə toxunan Pezeşkian daxili problemlər və inkişafın öhdəsindən gəlmək üçün “beynəlxalq əlaqələri təşkil etmək və gərginliyi aradan qaldırmaq lazımdır” deyə vurğulayıb.

Donald Tramp da öz növbəsində seçki kampaniyasının son saatlarında İrana “zərər vermək” niyyətində olmadığını bildirib və əlavə edib: “Ancaq onların nüvə silahı ola bilməz”.

Digər tərəfdən, Trampın yeni administrasiyasının xarici işlər naziri vəzifəsinə Marko Rubionun namizədliyini irəli sürmək niyyətində olduğuna dair xəbərlər dərc olunub. Marko Rubio 2010-cu ildən ABŞ Senatının üzvüdür və İran və Çinə qarşı sərt mövqe nümayiş etdirir. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il