Crossmedia.az Geo TV-yə istinadən xəbər verir ki, hazırda 27 nəfərin öldüyü, 40 nəfərin yaralandığı məlumdur.
Terror aktı Bəlucistan əyalətinin Kvetta şəhərində, yola düşməyə hazırlaşan qatara bilet satdıqları kassada baş verib, buna görə də dolu olub. Partlayışa görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu üzərinə götürüb. Qrupun bəyanatında qeyd olunub ki, kamikadzenin hədəfi təlimdən qayıdan hərbi məktəb kursantları olub.
Şəhərdə fövqəladə vəziyyət elan edilib.